image-qanunla-reklam
image-1697487827_upload_ap23285418902350_pic_32ratio_1200x800_1200x800_5870-thumb

Netanyahu ilə Blinken görüşünü yarımçıq qoyub bunkerə sığındılar

image-lady-day-az

ABŞ dövlət katibi Entoni Blinken və İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi bir neçə dəqiqəlik bunkerə sığınıblar.

“Qanunla.az”ın Dövlət Departamentinin sözçüsü Metyu Millerə istinadən verdiyi məlumata görə, buna səbəb onların Təl-Əvivdəki görüşü zamanı hava hücumu sirenlərinin səslənməsi olub.

Dövlət Departamentinin mətbuat katibinin ətraflı məlumat verdiyi kimi, görüş iştirakçıları bunkerdə cəmi beş dəqiqə vaxt keçiriblər, bundan sonra onlar oranı tərk edib, görüşlərini davam etdiriblər, daha sonra müzakirələri davam etdirmək üçün İsrail Müdafiə Nazirliyinin komandanlıq mərkəzinə gediblər.

Qeyd edək ki, bu, ABŞ dövlət katibinin HƏMAS-la müharibə başlayandan sonra İsrailə ikinci səfəridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki