image-qanunla-reklam
image-1672902777-vilayet

Nazir rüşvətə görə işdən çıxardığı DYP rəisinin yerinə onu TƏYİN ETDİ

image-lady-day-az

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.

“Qanunla.az”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz DYP-nin rəisi vəzifəsinə Füzuli Əsədov təyinat alıb. O, bu təyinatadək Xızı DYP-nin rəisi olub.

Xatırladaq ki, Xaçmaz DYP-nin sabiq rəisi Elnur Quliyev rüşvət qalmaqalına görə işdən çıxarılmışdı. Yayılan görüntülərdə polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi əks olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki