image-qanunla-reklam
image-1667460767_1636624194355935799_1000x669

Nazir müdafiə xərclərinin artırılmasının səbəblərini AÇIQLADI

image-lady-day-az

2023-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, azad edilmiş ərazilərə Böyük qayıdış kimi strateji çağırışlar əksini tapıb.

Qanunla.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün bərpası üçün davamlı səylərinə baxmayaraq, Ermənistanın öhdəliklərinə əməl etməməsi, ölkəmizə qarşı təxribatları və silahlanması Azərbaycanın müzəffər ordusunun gücünün daim artırılmasını zəruri edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki