image-qanunla-reklam
image-1666591929-1bcef5d8161165518568737767910661040

Nazir “Aztelekom”un baş direktorunun müavinini işdən çıxardı

image-lady-day-az

“Aztelekom” MMC-də kadr dəyişikliyi olub.

Qanunla.az Oxu.Az-a istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-nin Baş direktorunun müavini Elman Həsənov vəzifəsindən azad edilib.

Bildirilib ki, E.Həsənov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daxilində başqa vəzifəyə təyinatı ilə əlaqədar olaraq 21.10.2022-ci il tarixindən etibarən “Aztelekom” MMC-dəki fəaliyyətini dayandırıb.

Elman Həsənov peşəkar fəaliyyətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində Baş direktorun müavini olaraq davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki