image-qanunla-reklam
image-1667304099_16449210113534939956_1000x669

“Naxçıvanın muxtar respublika statusunun ləğvinə hazırlıq sürətlənir” – Ekspert

image-lady-day-az

“Belə başa düşürəm ki, Naxçıvanın muxtar respublika statusunun ləğvinə hazırlıq sürətlənir. Doğru yanaşmadır, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur”.

Qanunla.Az  xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bunun hüquqi bazası, mütləq Konstitutsiya islahatları olmalıdır:

“Yeni Konstitutsiyada bir çox məsələlərlə yanaşı ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir. Bu həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə siyasi, iqtisadi, inzibati və sosial inteqrasiyasını da sürətləndirəcək amil olacaq. Bununla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki