image-qanunla-reklam
image-310920262_411525717826835_7137466154100690115_n

“MÜƏLLİMƏ EHTİRAMIN HEYDƏR ƏLİYEV ÖRNƏYİ”

image-lady-day-az
“MÜƏLLİMƏ EHTİRAMIN HEYDƏR ƏLİYEV ÖRNƏYİ”
05 okyabr 2022-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il Tədbirlər Planına uyğun olaraq 05 oktyabr Beynəlxalq Müəllimlər günü ilə bağlı Zərdab rayon 1 saylı məktəb liseydə “Müəllimə ehtiramın Heydər Əliyev örnəyi” mövzusunda tədbir keçirilib.
Qanunla.Az xəbər verir ki,tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Zərdab rayon 1 saylı məktəb liseyinin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə Zərdab rayon 1 saylı məktəb liseyin müəlliməsi Səliqə İsmayılova tərəfindən təşkil olunmuş həyatdan köçən müəllimlərin foto-löhvəsinə baxış keçirilib, bütün həyatdan köçən müəllimlərin xatirəsi ehtiramla yad olunub.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, gələcək pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlətimizin başçısının bu amili dövlət siyasətinin prioritetləri sırasına daxil etməsindən xəbər verir. Respublikamızın hər yerində olduğu kimi, Zərdab rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən məktəblərin əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.
Tədbirdə “Müəllimə ehtiramın Heydər Əliyev örnəyi” mövzusunda çıxış edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi İşçisi Alagöz Namazova qeyd edib ki, Azərbaycan müəllimləri tarixən mütərəqqi amallar naminə çalışmış, şərəfli müəllim peşəsini ən uca zirvələrə qaldıraraq xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan fəaliyyət göstərmişlər. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qaldığı qeyd edlib.
Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova “Məktəbi döyüş meydanı ilə əvəzləyib şəhadətə yüksələn müəllimlərimiz” mövzusunda olan məruzəsində bildirib ki, bu gün hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi ilə yanaşı, vətənpərvərliyi ilə də seçilir, dövlətinə və xalqına sədaqətlə xidmət edir. Vətən müharibəsində iştirak edən, öz şücaəti ilə seçilən müəllimlərin bundan sonra tədrisdə yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinə inandığını bildirib, müəllimlərin çətin və şərəfli əməyindən danışaraq onları təbrik edib.
Zərdab rayon 1 saylı məkətəb liseyinin müəllimələrinin çıxışlarında ölkəmizdə təhsilin inkişafı, müəllim nüfuzunun artırılması və müasir tələblərə cavab verən təhsilverənlər ordusunun formalaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən söhbət açılıb. Tədbir iştirakçılarına həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən bəhs edilib.
Tədbirdə 1 saylı məktəb-liseyin şagirdləri Rəhimli Ayan, Eyvazova Aysu, Mirzəzadə Soitan, Həmidli Mustafa, İbrahimova Arzu, Rəhimli Uğur, Səmədli Gülşən, Yusifova Jasmin, Müstəcəbova Nuray Vətəni, xalqı, məktəbi, müəllimi vəsf edən şeirlərlə mərasimi rəngarəng ediblər.
Sonda Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbir iştirakçılarını Azərbaycanı daha işıqlı və xoşbəxt sabahlara qovuşdurmaq yolunda möhkəm əqidə və siyasi iradə nümayiş etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırdı.
image-309638327_411522457827161_1164724716921791804_nimage-310159238_411522751160465_6742874099812065147_nimage-310385478_411522834493790_6112052233860839875_nimage-309954720_411522921160448_2953274341773419419_nimage-310688789_411522997827107_2210917247741183417_nimage-310144683_411523071160433_5091646667415537083_nimage-310517028_411523167827090_2356434297530214713_nimage-309830988_411523467827060_7394521701190909119_nimage-310113292_411523624493711_8288955134843454509_nimage-309661439_411523857827021_182059945932831607_nimage-309714050_411524107826996_3575952135718018920_nimage-310432182_411524181160322_3549600319772669953_nimage-309987615_411524407826966_6077997160054797473_nimage-310922460_411524797826927_4461738680056151279_nimage-309833919_411525031160237_6072410860171860118_nimage-310328711_411525384493535_5982694078688044601_nimage-310920262_411525717826835_7137466154100690115_nimage-310103904_411527007826706_7768065007492394593_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki