image-qanunla-reklam
image-da32a533-e095-387a-ad44-d0d0781b8039_850

Müdafiə naziri komandirlərə yeni tapşırıqlar verib

image-lady-day-az

İşğaldan azad olunan ərazilərdə Azərbaycan Ordusunun yeni tikilən yeməkxanasının açılışı olub.

Bu barədə Qanunla.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında səfəri zamanı yeni tikilən yeməkxananın açılışında iştirak edib.

Müasir avadanlıqla təchiz edilən mətbəx, hərbi qulluqçuların isti yeməklə qidalanmasını təmin edən personal üçün ayrıca istirahət otağı, ərzaq anbarları və digər sahələrdən ibarət yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki