image-qanunla-reklam
image-1662355204_ararat-mirzoyan

Mirzoyan da Nyu-Yorka getdi

image-lady-day-az

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorka gedib. 

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, o, sentyabrın 24-dək BMT Baş Assambleyasının 78-ci sessiyasının müzakirələrində və yüksək səviyyəli tədbirlərində iştirak edəcək.

Mirzoyanın BMT və digər ölkələrdən olan həmkarları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Nyu Yorka gedib. Hazırda XİN rəhbərləri arasında ayrıca görüşün olub-olmayacağı dəqiq açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki