image-qanunla-reklam
image-1655098661_306436e7-f314-4cc6-a5ac-392a8318c169

Mingəçevir Şəhər Bələdiyyəsində nələr başverir ?

image-lady-day-az

Qanunla.az Dogruxeber.az informasiya agentliyinə istinad edərək yeni bir neqativ hadisəni izləyicilərinin diqqətinə çatdırır.

“DogruXeber.az”-a informasiya portalında Mingəçevir şəhər Bələdiyyə sədri Ramiz Əliyevin necə fəaliyyət göstərdiyi, işçiləri və şəhər sakinləri ilə davranışları, həmçinin ondan şikayətçi olan keçmiş bələdiyyə işçisini təhdid etməsi və sair barəsində məlumat yayımlamışdıq və söz vermişdik ki, Mingəçevir şəhər Bələdiyyəsinin ötən ilin hesabatında qeyd edilən – “Sakinlərin müraciətləri nəzərə alınaraq, şəhərin Kanar vǝ Bozdağ küçələrinin ara yollarına 1000m çınqıl döşənib. Bunun üçün “Kamil” MMC qum çınqıl müəssisəsinin mədən vergisi borcundan 4000 manat silinib.” – cümləsinin nə dərəcədə doğru olub-olmadığını və həmin küçələrin görüntülərini diqqətinizə çatdıracağıq.

image-1655098691_c84b8e4b-49e7-480b-b5e1-2ef131842e6c

image-1655098672_f50c7374-4b59-42fc-841a-6fbea326ef96

Bu gördüyünüz hələ sakinlərin tərəvəzçilik sovxozunun kənar küçəsi adlandırdıqları küçənin və Bozdağ küçəsinin quru halıdır. Siz bir də buranın bir balaca yağış yağdıqdan sonrasını təsəvvür edin.

Biz burada çınqıl daşı yoxdur demirik, amma “döşənib” də demək olmaz. Diqqətlə baxanda görünür ki, bir balaca xırda daş səpilib. Amma, Bozdağ küçəsinin sakinlərinin redaksiyamıza verdiyi məlumata görə onlar özləri pul toplayaraq, öz pulları ilə çınqıl daşı tökdürdüklərini, hətta bələdiyyə öz adına çıxdığına görə yazılı olaraq məhkəməyə də müraciət etdiklərini bildiriblər.
Hər halda sakinlər özləri belə deyir.

Nəzərinizə çatdıraq ki, bu da hələ son deyil. Mingəçevir şəhər Bələdiyyəsinin digər mərifətlərini silsilə şəklində yayımlamaqda davam edəcəyik…

Onu da qeyd edək ki, istər sıravi vətəndaşlarla, istərsə də mətbuat nümayəndələri ilə normal danışmağı bacarmayan, (hansısa savadlı şəxsdən öyrəndiyi bir ifadə ilə) bizi onun mövqeyi öyrənməməkdə “qınayan” bələdiyyə bu dəfə də telefonun dəstəyini qaldırmadı.

Görəsən o telefonlar idarəyə nə üçün qoyulub, əgər, cavab verilməyəcəksə?

Yeri gəlmişkən, mötərizə içərisində qeyd etdiyimiz cümlənin də açıqlaması, redaksiyamızın elektron ünvanına şəxsən Ramiz Əliyev adından göndərilən məktubdakı cümlələrdən aydınca görünür. O cür danışıq “qabiliyyətli” nə savadlı şəxs ola bilməz, nə də rəhbər vəzifəyə layiq deyil. Amma, Allah rəhmət eləsin şair Qabilə.

Doğru deyib ki, –“Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.”

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki