Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Müqəddəs Qurban Bayramı münasibətilə xalqımızı təbrik edib
Əziz bacı və qardaşlarım!
Müsəlman aləmində ən müqəddəs bayramlardan olan Qurban bayramı münasibətilə Azərbaycan Xalqını və bütün dünya müsəlmanlarını ürəkdən təbrik edirəm.
Bu günlər ölkəmizin hər yerində Uca Tanrının adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın firavanlığı üçün dualar edilir.
Uca Tanrımız xalqımıza dövlətçiliyimiz və milli – mənəvi dəyərlərimiz ətrafında daha sıx həmrəylik qismət etsin. Amin!
Bayramınız mübarək!
Hörmətlə,
Fəzail Ağamalı
Milli Məclisin Deputatı, Ana Vətən Partiyasının sədri
09 İyul 2022 – ci il