image-qanunla-reklam
image-89447037

Millət vəkili Fəzail Ağamalı Nazirə təşəkür etdi – Səbəb

image-lady-day-az

Millət vəkili Fəzail Ağamalı Daxili işlər Naziri Vilayət Eyvazova Şəhid Ailələrini işə qəbulu ilə bağlı göstərdiyi dəstəyə görə təşəkkür edib.

İyunun 21-də ölkəmizin Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Şirvan şəhərində Şirvan və ətraf rayonlardan olan vətəndaşlarla ənənəvi xarakter daşıyan görüş keçirmiş, onların qaldırdığı problemlərin həllilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Eyni zamanda, cənab nazir polis orqanlarında işləmək arzusunda olan və 13 nəfər Salyanlının da iştirak etdiyi çoxsaylı gənclərimizin sıra baxışını keçirmiş, 95 nəfər, o cümlədən 18 nəfər Vətən müharibəsi iştirakçısı və bir nəfər şəhid ailəsi üzvü növbəti mərhələyə buraxılmışdır.

Qeyd etmək istərdim ki, general-polkovnik Vilayət Eyvazovun əmrilə artıq 12 nəfər Vətən müharibəsi iştirakçısı və şəhid ailəsinin üzvü Salyan rayon Polis şöbəsində işlə təmin olunmuşdur.

Böyük məmnuniyyətlə, general-polkovnik Vilayət Eyvazova Millət vəkili seçildiyim Salyan rayonunun əhalisinə, xüsusilə Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi diqqətə görə seçicilərim adından təşəkkürümü bildirirəm.

Fəzail Ağamalı,
Millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki