Kanal4.az xəbər verir ki bununla bağlı Milli məclisin deputatı Fəzail Ağamalı şəxsi Facebook hesabında paylaşım edib.
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, UNESCO VƏ İSESCONUN XOŞMƏRAMLI SƏFİRİ, XANIM MEHRİBAN ƏLİYEVA
Çox dəyərli və hörmətli Mehriban xanım!
Böyük məmnuniyyətlə 50 milyonluq Azərbaycan xalqının qəlbində və düşüncəsində geniş rəğbət qazanan, milli dövlətçiliyimizə əhəmiyyətli töhfələr verən, möhtərəm, cənab prezidentin ən yaxın silahdaşı kimi hər zaman onunla birgə olan Sizi doğum günü münasibətilə səmimiyyətlə öz adımdan, çoxminlik Ana Vətən Partiyasının və ailəm adından təbrik edirəm.
Tariximizə şanlı səhifələr yazan 44 günlük Vətən müharibəsində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda Ali Baş Komandan, möhtərəm cənab prezident İlham Əliyevlə yanaşı qarış-qarış addmlayaraq bərpa və quruculuq işlərində də fəal və əhəmiyyətli rol oynayır, böyük fədəkarlıq göstərirsiniz.
Hörmətli Mehriban xanım!
Doğum gününüz mübarək olsun.
Sizə Uca Tanrıdan möhkəm can sağlığı, ailə xoşbəxtliyi, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri,
Millət vəkili