Qanunla.Az xəbər verir ki, Millət vəkili Elnur Allahverdiyev Yasamal Rayonu Heydər Əliyev Mərkəzində növbəti dəfə seçicilərini qəbul edib. Seçicilər təhsil, hüquqi yardım, bank, məşğulluq, sosial dəstək və digər məsələlərlə bağlı müraciətlərini Millət vəkilinin diqqətinə çatdırıblar.
Millət vəkili Elnur Allahverdiyev bildirib ki, seçicilərdən qəbul edilmiş ərizələr müvafiq dövlət qurumlarına göndəriləcək və qeyd edilən məsələlər, həmişə olduğu kimi, ən qısa müddətdə baxılmasına və müsbət həllinə çalışılacaq.
Seçicilər göstərilən diqqətə görə,cənab Prezident İlham Əliyevə və Millət vəkilinə təşəkkürlərini bildiriblər və hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər.