image-qanunla-reklam
image-1663226938_307005197_2128408244027561_1219885503988162262_n

MİDA-nın saytı çökdü, mənzil satışı təxirə salındı

image-lady-day-az

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN loqin üzərində yüklülük nəticəsində texniki problem yaranıb.

Qanunla.az xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Xatırladaq ki, adıçəkilən ərazidə 18 binadan 815 mənzil satışa çıxarılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki