image-qanunla-reklam
image-1654152160-_124947180_capture

“Meymun çiçəyinə yoluxanların çoxu cinsi azlıqlardır” – UKHSA

image-lady-day-az

İngiltərədə meymun çiçəyi insandan-insana yayılmağa başlayıb.

“Qanunla.az”ın “Reuters”ə istinadən verdiyi xəbərə  görə, bu barədə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib.

Bildirilib ki, indiyə qədər sözügedən virus ölkədən kənara gedənlərdə və yaxud da gələnlərdə aşkar edilirdi: “İndiki virus İngiltərədə ilk dəfədir ki, insandan-insana ötürülür, burada endemik bir ölkə ilə səyahət əlaqəsi müəyyən edilməyib”.

UKHSA-nın məlumatına görə, Birləşmiş Krallıqda yoluxanların əksəriyyəti – 132-si Londondadır ki, onlardan 111-i gey, biseksual və ya kişilərlə cinsi əlaqədə olan digər kişilərdə olduğu bilinir. Qadınlarda yalnız iki yoluxma var: “Meymun virusu hər kəsə təsir edə bilər, lakin ən son diaqnozların çoxu cinsi azlıq icmasıdır – onların əksəriyyəti Londonda yaşayır və ya onunla əlaqəsi var”.

Meymun çiçəyi adətən qripə bənzər simptomlara və irinli dəri xəstəliklərinə səbəb olur ki, bu da adətən həftələr ərzində öz-özünə keçir, lakin yoluxmuşların kiçik bir hissəsini öldürə bilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki