image-qanunla-reklam
image-1672650448_1598601929_ogurluq

Mənzildən 15 min manatlıq qızıl və xeyli pul oğurlandı

image-lady-day-az

Bakıda mənzildən oğurluq edilib.

DİN-dən Qanunla.Az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində mənzillərin birindən 5000 manat, 2700 ABŞ dolları pul və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əfəndizadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki