İranda polis əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən adam 19 il sonra edam edilib.
Qanunla.Az İran KİV-lərinə istinadən xəbər verir ki, silahlı bank quldurluğu zamanı Məhəmməd İbrahimi adlı polis məmurunu öldürdüyünə görə edam cəzasına məhkum edilən məhbus illər sonra cinayət yerində edam edilib.
Edam edilən məhbusun kimliyi açıqlanmasa da, onun 2004-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərində bank şöbəsində oğurluq etdiyi bildirilir.
Sözügedən məhbusun silahlı soyğunçu dəstənin başçısı olduğu da qeyd olunub.