image-qanunla-reklam
image-efc75df9-5322-4c68-adc7-af7d8c649c3b

Masallıda keçirilən “Açıq mikrofon” aksiyasında sahibkarlarla yanaşı, sakinlər də müraciətlərini səsləndirdi-FOTO

image-lady-day-az

“Masallıda fəaliyyət göstərən sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və digər məsələlərin qeydə alınması məqsədilə “Açıq mikrofon” sizlərin ixtiyarına verilir.”

Qanunla.Az xəbər verir ki, bunu Lənkəran RQİİ-nin rəis müavini Seyran Şahverdiyev Masallı rayonunda qurulan “Səyyar qəbul otağı”nda bildirib.
Aksiyada çıxış edən KOBİA-nın nümayəndələri hər zaman sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd ediblər. “Açıq mikrofon” aksiyasında ümumilikdə 10-a yaxın müraciət səslənib ki, bunlar arasında sakinlərin də istəkləri yer alıb. Sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş etməklə yanaşı, həm də onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. “Açıq mikrofon” aksiyasında SOCAR “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

image-2cfedd58-f0a9-4fd3-a9ce-f68429520576image-efc75df9-5322-4c68-adc7-af7d8c649c3bimage-1814ee29-d756-4c64-8d87-98277becea1cimage-83a81465-d291-47d2-af00-4afaa316fa46image-30dbd7f9-39ce-47fc-82e1-3d35aecfce23


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki