image-qanunla-reklam
image-1661835517-16616692771109741716_1000x669

Masallıda dağlıq ərazidəki yanğın söndürüldü

image-lady-day-az

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülümüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə “Qanunla.az“a FHN-dən bildirilib.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə ağaclıq və kol-kos yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğının söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki