image-qanunla-reklam
image-e2d158cf-1eb3-4be7-ac46-3fad900cdaa7

Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkir?

image-lady-day-az

“Allah onun başına mən ağırlıqda daş salsın. Haqqımda dedikləri özünə qismət olsun”.

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Müğənni son üç ildə bir dəfə Moskvada olduğunu deyib:

“Mən bütün günü toydayam, nə vaxt baxsan da efirlərdəyəm. Özüm də sağlamam, yaxşıyam, əlayam. Xəstə adam toy apara bilməz. Üç ildə mənim yolum bircə dəfə Moskvadan düşüb. O xəstəliklər onu deyənlərin özünə nəsib olsun”.

Qeyd edək ki, müğənni Manaf Ağayevin qaraciyər sirrozundan əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb. Bu səbəbdən də onun tez-tez Moskvaya gedib, orada müalicə aldığı deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki