image-qanunla-reklam
image-1667757018-emmanuel_macron_290519_1

Makron Qazaxıstana niyə gedir? – SƏBƏB

image-lady-day-az

Fransa prezidenti Emmanuel Makron Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün Qazaxıstana gedəcək. 

Qanunla.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

“Emmanuel Makron bu həftə ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana səfər edəcək. Səfərin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır”, – məlumatda deyilir.

Fransanın enerji sisteminin çox hissəsi urandan yanacaq kimi istifadə edən atom elektrik stansiyalarından asılıdır. Fransa əvvəllər Qərbi Afrikadakı keçmiş müstəmləkələrindən uran alırdı, lakin  Mali və Nigerdə ​​dövlət çevrilişindən sonra bu ölkələr Fransa ilə bütün sahələrdə əməkdaşlığı azaldıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki