image-qanunla-reklam
image-mahir-xettab

Mahir Xəttabın həbsxanada səhhəti pisləşdi — Vəkilindən AÇIQLAMA

image-lady-day-az

Həbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) saxlandığı Bakı İstintaq Təcridxaslnda səhhəti pisləşib.

Qanunla.az  xəbər verir ki, bu barədə Mahir Xəttabın vəkili Araz Nurməmmədov bildirib.

Vəkil qeyd edib ki, Mahir Xəttabın səhhəti pisləşdiyi üçün istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib. Onun sözlərinə görə, Mahir Xəttabın qan təzyiqi 180-200 arasında olur: “Mahirin qan təzyiqi yüksəkdir, həmçinin aşağı düşmür. Onun müalicəyə ehtiyacı var”.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşımı platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə iki min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də, adıçəkilən məhkəmə hökmü qüvvədə saxlayıb.

Jurnalistin kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəmənin hakimi İlqar Qılcovun icraatına verilib.//Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki