image-qanunla-reklam
image-kremllll

Kremldən Nikolun demarşına reaksiya

image-lady-day-az

Kreml Ermənistanın Baş naziri Paşinyanın KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyinə təəssüflənir.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Başa düşürük ki, hər bir hökumət və ya dövlət başçısının iş qrafikində öz tədbirləri ola bilər. Ancaq təəssüf hissini ifadə etmək olar, çünki bu cür görüşlər fikir mübadiləsi aparmaq üçün çox yaxşı fürsətdir”, – o bildirib.

Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Paşinyan Belarus Prezidenti Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki