image-qanunla-reklam
image-1657000924_291953415_406246658204999_1091384812351431515_n-1

Könüllülük proqramı çərçivəsində görüşlər davam edir

image-lady-day-az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində nəzərdə tutulan görüşlər davam edir.

İslahat.az xəbər verir ki, könüllülərin növbəti görüşü Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova ilə olub.

Görüş zamanı K.Aşumova gənclərə ictimai birliyin yaranması tarixi və fəaliyyəti, o cümlədən ictimai birliyin sosial xidmət mərkəzlərindən biri olan “Zorakılığa məruz qalmış uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzi” və 116111 “Uşaq Qaynar Xətt” xidməti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, “Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi müxtəlif çətinliklərlə üzləşən uşaqlara təmənnasız kömək etməkdir. Yarandığı ilk gündən etibarən bu xidmətin əməkdaşları həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək verir, onların sosial mühitə uyğunlaşmalarına yardım edir. Bildirilib ki, “Uşaq Qaynar Xətt” xidmətinə yalnız uşaqlar deyil, onların valideynləri və yaxınları da müraciət edirlər.

Görüşün yekununda gəncləri maraqlandıran suallar cavablandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki