image-qanunla-reklam
image-1674718989_1625656107-eldarik

“Kim nə iş görür, kim nə edir, bunlar araşdırılmalıdır” – Deputat

image-lady-day-az

“İnsanlar danışırlar, eşidirik. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, kim nə iş görür, kim nə edir, bunlar araşdırılmalıdır. İnsanlar incidilməməlidir. Bir də görürsən elementar bir şeydən ötrü insanlar get-gələ salınır”.

Qanunla.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov deyib.

O bildirib ki, Bakıda bəzi ərazilərdə torpaqlar var ki, aydınlaşmayıb:

“Belə ki, Zeytunluq deyilən sahə var. Həmin yer Abşeron rayonun hesabındadır, amma Binəqədi bələdiyyəsi vaxtilə sərəncam verib, insanlar orada ev tikiblər. Bəs bunların taleyi necə olacaq? Orada yaşayanlar özlərinə kupça ala bilmirlər. İnsanlar narahat olur”.

E.İbrahimov xatırladıb ki, 1996-cı ildə “Torpaq islahatı haqqında” qanun qəbul olunub: “Bu günə qədər torpa islahatı bir çox rayonlarda elə-belə qəbul olunub. Bəzilərində qəbul olunmayıb, insanlar incidilir. Torpağın necə verilməsi qanunda var. Bu məsələlərin vaxtı keçir. Bunlara ciddi yanaşıb məsələləri yekunlaşdırmaq lazımdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki