image-qanunla-reklam
image-kelbecer_rayonu_241120

Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir

image-lady-day-az

Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir

Bu gün Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə bərpa – quruculuq işləri gedir. Azərbaycan xalqı qurub-yaradan xalqdır, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Kəlbəcərin infrastrukturunun qurulmasına, elektrik və su təchizatına, evlərin tikilməsinə artıq start verilib. Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışında qeyd etdiyi kimi, Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Bununla belə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında Murov dağının altından çəkilən ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır.

Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya da artıq hazırdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Cənab Prezident tərəfindən Kəlbəcər şəhərinin təsdiq olunan Baş planı özündə təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq Aşıq Mərkəzi və lazım olan digər tikililər inşa ediləcək. Laçın rayonunda yeni hava limanının tikintisinin ən çətin tərəfi rayonda düz yerin olmamasıdır. Ona görə də dağlar yarılır ki, zolaq üçün uyğun şərait yaradılsın. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Azad edilmiş bütün rayonlarda olduğu kimi, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyulub. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.

 

Nağıyev Abbas –Zərdab rayonu, Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki