image-qanunla-reklam
image-1668412955_kamran_aliyev_171221

Kamran Əliyevin Moskva səfəri belə şərh edildi

image-lady-day-az

“Dekabrın 8-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə səfər edib. Görüş zamanı bir çox məsələlər, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Həmçinin iki ölkənin hüquq mühafizə, prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardım göstərilib. Eləcə də, cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb”.

Qanunla.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. O bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası Baş prokurorluğu arasında bu cür görüşlərin keçirilməsi olduqca vacibdir:

“Çünki Rusiya bizə qonşu ölkədir. Milyondan çox vətəndaşımız orada yaşayır, işləyir. Həmin soydaşlarımızla bağlı gələcəkdə baş verə biləcək hər hansı bir hüquqi nəticələr, bu şəxslərin Azərbaycana ekstradisiya edilməsi kimi məsələlərin müzakirə edilməsi normaldır. Bəzən bizim hüquq müdafiəçilərinə də Rusiyada həbsdə olan şəxslərin ekstradisiya edilməsi, təqiblərə məruz qalması kimi müraciətlər ünvanladıqda təbii ki, rusiyalı həmkarlarımız və Azərbaycan Respublikası hüquq – mühafizə orqanları ilə bu məsələ ətrafında müəyyən fikir mübadilələri aparırıq”.

Ç.Qənizadə diqqətə çatdırıb ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Moskva səfərində maraqlı məqamlardan biri də Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşünün keçirilməsidir:

“Görüşdə yaranmış fürsətdən istifadə edərək, Kamran Əliyev mina xəritələrinin bugünədək Azərbaycana verilməməsi, bunun insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyəti barədə danışıb. Həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesini davam etdirilməsi ilə bağlı narahatlığını bildirib. Burada qaldırılan məsələlər Ermənistana ünvanlanıb. Amma rəsmi İrəvana dəstək olan Rusiya hüquq-mühafizə orqanlarının rəhbərlərindən birinin də bu mövzuları Baş prokurorumuzun dilindən eşitməsi yerində və vacib situasiyalardan biridir. Eyni zamanda Azərbaycanın baş prokuroru Kamran Əliyev təbii sərvətlərimizin qanunsuz istismarı ilə bağlı da hərəkətlərin yolverilməz olduğunu görüş vaxtı hər iki ölkənin Baş prokuroruna çatdırıb. Həmçinin 1-ci və 2-ci Qarabağ müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunub. Prosesin davam etdirilməsinin önəmli olduğunu bildirib.

Eyni zamanda vurğulayıb ki, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli və 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunur. Ermənistan tərəfi isə bu bəyanatlara hələ də tam əməl etmir. Sözügedən görüşdə Azərbaycanın milli və dövlət maraqları tamamilə qorunub. Sadaladığım məsələlər bizi istəməyən qüvvələr, Ermənistanın rəhbərliyi və prokurorluğunun diqqətinə çatdırılıb. Baş prokurorluq səviyyəsində Moskvada keçirilmiş həm ikitərəfli, həm də üçtərəfli görüşdə səsləndirilən fikirlər, müzakirələr, əldə olunan razılaşmalardan səfərin nəticələrinin uğurlu olduğu qənaətinə gəlmək olar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki