image-qanunla-reklam
image-1661753760-kamran_aliyev_171221

Kamran Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 2-də saat 10:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba və Qusar rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən “Qanunla.az”a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki