image-qanunla-reklam
image-1697830279_bee48921-fd1c44964b1d9e802e5c8a19d937da4f

İtaliyanın Baş naziri sevgilisindən ayrıldı

image-lady-day-az

İtaliyanın Baş naziri Corciya Meloni tərəfdaşı, sevgilisi – jurnalist Andrea Cambrunodan ayrılıb. 

“Qanunla.az” xəbər verir ki, bu barədə Meloni sosial şəbəkədə yazıb.

“Andrea Cambruno ilə təxminən 10 il davam edən münasibətim sona çatır”, – deyə o yazıb.

Cütlüyün 7 yaşlı qızı var.

Qeyd edək ki, qərar Cambruno ilə bağlı daha bir qalmaqal fonunda verilib. Belə ki, o, qadın həmkarına qarşı təhqiramiz ifadələr və əxlaqsız təkliflər səsləndirib. Cambrunonun yayılan səsyazması ölkədə ciddi qalmaqala səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki