image-qanunla-reklam
image-1660544721_624eb817b2c06624eb817b2c071649326103624eb817b2c04624eb817b2c05

İstilər dəri xərçənginin artmasına səbəb olur

image-lady-day-az

Alimlər iqlim böhranının səbəb olduğu yüksək yay temperaturunun melanoma kimi potensial ölümcül dəri xərçəngi hallarının artmasına səbəb olduğunu bildiriblər.

“Qanunla.az” xəbər verir ki, Bristol Universitetinin İqlim Elmləri Professoru Dann Mitchell, Böyük Britaniyada və şimaldakı digər ölkələrdə insanların daha çox günəş işığına və ultrabənövşəyi şüalara məruz qalması barədə xəbərdarlıq edib.

O, xərçəng riskinin artmasının insanların yaratdığı iqlim dəyişikliyi və isti günlərlə əlaqəli olduğuna diqqət çəkib.

Şeffild Universitetinin Tibbi Onkologiya professoru Sarah Danson məsələ ilə bağlı narahatlığını ifadə edərək, daha isti yayların melanomadan ölümə səbəb ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, Avropa ölkələri artıq rekord qıran temperaturla mübarizə aparır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki