image-qanunla-reklam
image-1698047260_4c0s43d82c74c3224z3_800c450

“İsrailin son hücumları siyasi intihara bənzəyir” – İranın müdafiə naziri

image-lady-day-az

“İsrailin fələstinlilərə qarşı son hücumları siyasi intihara bənzəyir”.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani suriyalı həmkarı Əli Mahmud Abbasla telefon danışığında bildirib.

Onun sözlərinə görə, “Sionist rejim Qəzza zolağındakı qeyri-insani cinayətlər vasitəsilə öz əsl mahiyyətini ortaya qoyub”.

İranın müdafiə naziri həmçinin, İsrailin Suriya hava limanlarına hücumunu pisləyib və deyib:

“İsrail bu cür hərəkətləri ilə yaratdığı saxta görüntüdən xeyli zəif olsa da, bütün cəbhələrdə ciddi cavab verməyə qadir olduğunu iddia etməyə çalışır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki