Kolumbiya İsrail səfiri Qali Daqanı ölkədən çıxarır.
Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki, səfir Kolumbiya prezidenti Qustavo Petronu fələstinliləri dəstəklədiyinə və İsraili HƏMAS-ın hücumundan sonra günahlandırdığına görə tənqid edib. Bundan sonra prezident İsrail səfirinin ölkədən çıxarılmasına qərar erib.
“Petro Daqanın üzr istəməli və ölkəni tərk etməli olduğunu bildirib”, – deyə məlumatda qeyd olunub.
Prezident həmçinin qeyd edib ki, Kolumbiya İsraillə beynəlxalq əlaqələri dayandıracaq. Kolumbiyaya ən böyük silah tədarükçülərindən biri olan İsrail, Petronun bu açıqlamasından sonra ölkəyə silah ixracını dayandırıb.