image-qanunla-reklam
image-1697518471_ap_639317540768-pic905-895x505-87005-1

İsrail ABŞ-dən böyük məbləğdə pul istəyib

image-lady-day-az

İsrail terrorçularla mübarizə üçün ABŞ-dən 10 milyard dollar təcili yardım istəyib. 

“Qanunla.az” xəbər verir ki,  bu barədə Amerikanın “New York Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, amerikalı qanunvericilər və Ağ Ev İsrailə yardımı Ukraynaya yardım, ABŞ-Meksika sərhədinin möhkəmləndirilməsi üçün vəsait və Tayvana yardımla birləşdirən paket yaratmağı gözləyir.

Bir gün əvvəl NBC News üç amerikalı rəsmiyə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden bu həftə İsrailə səfər etməyi düşünür. Ağ Evin Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbinin dediyi kimi, Amerika liderinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmasına inam olmasaydı, prezidentin İsrail dövlətinə səfəri planlaşdırılmayacaqdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki