image-qanunla-reklam
image-1697084900-fuzuli_kocurme_110923

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır

image-lady-day-az

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır.

Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi ölkəmizin getdikcə yüksələn beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Birmənlı olaraq qeyd edə bilərik ki, bu toplantı ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün son dərəcə effektiv və əhəmiyyətli platformadır. Hazırda İƏT-ə sədrlik edən Azərbaycan təşkilatıa üzv dövlətlərlə münasibətlərinə hər zaman xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından da unikal imkanlara malikdir. Ümumiyyətlə əməkdaşlığa hər zaman açıq olan Azərbaycan təbii ki, İƏT çərçivəsində də mövcud əməkdaşlıq əlaqələrinin şaxələnməsi və müxtəlif sahələrdə genişlənməsi təşəbbüsləri ilə çıxış edir. Bütün bu məqamlar Ölkə Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətində öz əksini tapıb. O cümlədən dövlətimizin başçısı Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsini də əlamətdar hadisə kimi qiymətləndirib.”

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı irimiqyaslı bərpa-quruculuq işləri bütün beynəlxalq aləm kimi, İƏT üzvləri tərəfindən də maraqla və diqqətlə izlənir: “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edən dövlətimizin başçısı bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirib. Əlbəttə ki, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi barədə qərar təsadüfi qəbul edilməmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri və birbaşa rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində həyata keçirilmiş vacib infrastruktur layihələri bu regionun beynəlxalq statusunu artıran vacib amillər kimi çıxış edir. Artıq Füzuli və Zəngilanda iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü beynəlxalq hava limanı isə hazırda Laçında inşa edilir. Bütün bunlar əlbəttə ki, beynəlxalq ictimaiyyətin nəzərindən qaça bilməz. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə yanaşı, eyni zamanda da həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli zəmin yaradır.”
Azərbaycan üç il bundan öncə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə ərazilərinin işğalına son qoydu. Bu ilin aprel ayında ölkəmiz özünün ərazi bütövlüyünü və sentyabr ayında bütün ərazisində suverenliyini tam olaraq bərpa etdi. Cənab Prezident İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. İşğal dövründə xalqımızın başına gətirilən bütün fəlakətlərə rəğmən Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Məlum olduğu kimi, Azərbaycan regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edir. Ölkəmizin irəli sürdüyü 3+3 əməkdaşlıq formatı da məhz bu prinsipin əsasında müəyyən edilib. Hazırda ölkəmizin müəllifi olduğu yeni regional reallıqlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazın sülh və qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilməsi üçün indiyədək mövcud olmayan unikal imkanlar yaratmışdır. Bu imkanlardan yararlanmamaq və belə bir tarixi fürsəti əldən qaçırmaq bağışlanmaz səhv olardı.

 

Südabə Vəliyeva

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki