image-qanunla-reklam
image-nikol-pashinyan

İrəvanda separatçılarla mübarizə: Nikol bunu etməlidir!

image-lady-day-az

Baş nazir Nikol Paşinyanı və onun hökumətini yaxın günlərdə İrəvanda Qarabağ separatçılarının tör-töküntüləri, o cümlədən radikal müxalifətin simasında “Qarabağ klanı” ilə gərgin mübarizə gözləyir. Paşinyan anlayır ki, bu qrupları neytrallaşdırmasa və separatçıların İrəvandakı “nümayəndəliyini” qapatmasa, Azərbaycanla sülh sazişinin imzalanması çətinləşəcək. Çünki Ermənistan ərazisindən Azərbaycan ərazisinə iddia edən separatçılar gələcəkdə fərqli təxribatlara əl atacaqlar. Buna görə isə Ermənistan hakimiyyəti cavabdehlik daşıyacaq.

Qanunla.Az  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu separatçı tör-töküntüsünün başçısı Samvel Şahramanyanın keçmiş və qondarma qurumu “buraxması” ilə bağlı 28 sentyabr 2023-cü il “fərmanının” qüvvədən düşməsi haqda iddiaları və separatçı fəaliyyətin davam etməsi qərarını şərh edərkən deyib.

Politoloq bildirib ki, İrəvandakı gənc daşnaklar ötən gün təxribata əl ataraq, körpülərdən birinin altında həbs olunan separatçıların azadlığı tələbi ilə onların şəkillərini asıblar:

“Ermənistanın hakimiyyət orqanları bir neçə saat sonra həmin şəkilləri yığışdırıb. Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən separatçıların fəaliyyəti tamamilə dayandırılmalıdır. Paşinyanın tərəfdarları Qarabağ separatçılarını nəzərdə tutaraq bildiriblər ki, Ermənistan ərazisində “ikinci hökumət” və ya “ikinci parlamentin” fəaliyyətinə imkan verməyəcəklər. Dediklərini etməlidirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki