image-qanunla-reklam
image-1699304063_depositphotos_172863880_l-2015-pic905-895x505-79552

İraq və Suriyada ABŞ-ın 4 bazasına hücum edildi

image-lady-day-az

İraqın İslami Müqavimətinə aid şiə silahlı qrupları Suriya və İraqdakı 4 Amerika hərbi bazasına hücum edib.

Qanunla.Az xəbər verir ki, bu barədə İraq İslam Müqaviməti məlumat yayıb.

Ümumilikdə ABŞ bazalarına altı zərbə endirilib. Şiələr İraqın qərbində yerləşən Ayn əl-Əsəd bazasına, İraqın şimalındakı Ərbil hava limanı yaxınlığındakı bazaya, Suriyanın şimalındakı Tell Baydar bazasına və Suriyanın cənubundakı əl-Tanf bazasına hücum ediblər.

Bundan əvvəl ABŞ-ın İraqın qərbindəki “Ayn əl-Əsəd” və Suriya, İordaniya və İraq sərhədindəki “Ət-Tanf” bazalarının pilotsuz təyyarələrin hücumlarına məruz qaldığı bildirilirdi . Birinci bazaya iki, ikincisinə isə bir pilotsuz təyyarə hücum edib. Bütün İHA-ların vurulduğu iddia edilir.

Hücumlar baş nazir Məhəmməd əl-Sudani ilə danışıqlar zamanı ABŞ hərbi bazalarının qorunmasını tələb edən ABŞ dövlət katibi Antoni Blinkenin İraqı tərk etməsindən qısa müddət sonra baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki