image-qanunla-reklam
image-1695014900_9609367b-6b6bd5747c40d317c1ae550162eb0db1

İranda hicaba qarşı etirazlar yenidən başlayıb

image-lady-day-az

İranda yenidən ictimai etirazlar başlayıb.

“Qanunla.az” CNN-ə istinadən xəbər verir ki, etirazlar Məhsa Əminin ölümünün birinci ildönümünə təsadüf edir. Paytaxt Tehran da daxil olmaqla ölkənin ən azı altı böyük şəhərində Əminin xatirəsinə mitinqlər keçirilib. İranın şimalındakı Lahicanda etiraz aksiyası silahlı polis tərəfindən dağıdılıb.

Bəzi etirazçılar hökumət əleyhinə bəyanatlar səsləndiriblər. Bir çox etirazçı İranda bir il əvvəl başlayan kütləvi etirazlar zamanı fəal şəkildə istifadə edilən “Qadınlar, həyat, azadlıq” şüarını səsləndirib. Həmin vaxt ölkə əhalisi hakim rejimin siyasəti ilə razılaşmadığını bildirib, qadınlar İranda qəbul olunmuş hicab taxmaq üçün sərt tələblərin yumşaldılmasını tələb ediblər. Keçən il etirazlar hakimiyyət tərəfindən sərt şəkildə yatırıldığı üçün indi mitinqlər çox az yayılıb.

Paris, Brüssel, Berlin və Londonda da Məhsa Əminin xatirəsinə də mitinqlər keçirilib. Bu arada, İranın özündə, qızın ölümünün birinci ildönümündən əvvəl, atası, əmisi və qardaşı bir neçə saat saxlanılıb – onlara kütləvi anım tədbirlərini “təşviq etməmək” barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini ötən il sentyabrın 16-da şəriət qanunlarını pozmaqda ittiham edilərək həbs olunmuş və zorakılığa məruz qalaraq öldürülmüşdü. Onun ölümünə etiraz olaraq 17 sentyabr böyük aksiya başlamışdı. Aksiyalar aylarla davam etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki