image-qanunla-reklam
image-usa-iran

İran ABŞ-a xəbərdarlıq etdi

image-lady-day-az

İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-a xəbərdarlıq edib.

Qanunla.Az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

O bildirib ki, Vaşinqton HƏMAS-ın siyasi büro rəhbərinin müavini Saleh əl-Arurini öldürməsinin nəticələrinə hazırlaşsın:

“HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürülməsi ABŞ-da qarışıqlıq yaradacaq. ABŞ regional tarazlığı pozdu və bu sui-qəsdin (Aruri) nəticələri onların üzərinə düşəcək”.

Nazir qeyd edib ki, müqavimət qüvvələrinə qarşı bu cür addımlar Amerika siyasətinə qarşı regional həmrəyliyi gücləndirəcək:

“Vaşinqtonun strateji səhvləri ABŞ-ın planlarına əks nəticə verəcək”.

Qeyd edək ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri çərşənbə axşamı günü İsrailin pilotsuz təyyarəsinin Beyrutun cənubundakı Dahiya ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki