Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb.
Qanunla.Az-ın xəbərinə görə, toplantıda komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
Məsələ müzakirələrdən sonra parlamentin sabah – avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.