image-qanunla-reklam
image-vekk

“Hüquqşünas sayı çoxdur demək yəqin ki, Sahil Babayevin…” — AÇIQLAMA

image-lady-day-az

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən həftə keçirilən Təhsilin İnkişafı Forumunda çıxışı zamanı bildirib ki, bu gün ölkədə universitetlər ehtiyacdan daha çox hüquqşünas yetişdirir.

O qeyd edib ki, əslində, ehtiyac duyulan aqronom peşəsidir, hüquqşünaslar aqronomlardan aşağı əməkhaqqı alır.

Deputat Qüdrət Həsənquliyev isə nazirin sözlərinin əksinə, Azərbaycanda hakimlərin sayının orta Avropa göstəricilərindən çox aşağı olduğunu, hakimlərin həddindən artıq yükləndiyini deyib:
“Əhalinin sosial müdafiə və əmək hüquqlarını qorumalı olan hökumət üzvlərindən biri təhsillə bağlı konfransda deyib ki, Azərbaycana hüquqşünaslar yox, aqronom lazımdır. Bu fikri hüquq diplomu olan şəxs deyib. Bunu hansısa kolxozun baş aqronomu desəydi, bəlkə də başa düşmək olardı”, – deyə deputat etirazını bildirib.

Hüquqşünas Mehman Muradlıdan söylənilənlərə münasibətini öyrəndik. O, bildirdi ki, bu gün Azərbaycanda həqiqətən hüquqşünas çatışmazlığı var:

“Qüdrət Həsənquliyevin dedikləri ilə razıyam. Vəkillərin sayı da azdır, bu gün ölkədə 2500 vəkil var, 10 milyon əhaliyə xidmət edir. Bunu çatdırmaq fikizi olaraq mümkün deyil. Cinayətlərin sayı getdikcə artır, əhali sayı da artmaqdadır. 2500 vəkilin də bir hissəsi faktiki olaraq öz peşəsi ilə məşğul olmur. Məsələn, dövlət orqanlarında vəkillər kollegiyasının üzvü olan şəxslər var, lakin vəkillik fəaliyyətləri dayandırılıb. Hüquqşünaslar özlərinin və digərlərinin hüquqlarını aqronomdan və ya digər peşə sahiblərindən təbii olaraq, daha yaxşı bilirlər. Hüquqşünas sayı çoxdur demək yəqin ki, Sahil Babayevin korporativ maraqlarına xidmət edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki