image-qanunla-reklam
image-1696310305_66-pic_32ratio_900x600-900x600-84632

Hindistan Kanadadan diplomatlarını ölkədən çıxarmasını tələb edir

image-lady-day-az

Hindistan Kanadadan oktyabrın 10-dək 40-a yaxın diplomatını öz ərazisindən çıxarmağı tələb edib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Qəzetin mənbələrindən biri bildirib ki, Yeni Dehli həmin tarixdən sonra ölkədə qalan diplomatların diplomatik toxunulmazlıqlarını ləğv etməklə hədələyib. Hazırda Hindistanda 62 diplomat var; ölkə hakimiyyəti Ottavadan bu sayı 41 nəfər azaldılmasını istəyib.

Kanada və Hindistan arasında gərginlik Ottavanın Yeni Dehlini Britaniya Kolumbiyasındakı Surrey ərazisində icma lideri Hardeep Singh Niccara qarşı sui-qəsd cəhdini təşkil etməkdə ittiham etməsindən sonra artıb. İyunun 18-də həyata keçirilən sui-qəsd iki maskalı pulemyotçunun məbədi ziyarəti zamanı Niccarın məhv edilməsi ilə başa çatıb. Kanadanın ittihamlarından az sonra yüksək rütbəli bir hind diplomatı ölkədən çıxarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki