image-qanunla-reklam
image-1682533050_1682532874782

Heydər Əliyev siyasətinin davamı

image-lady-day-az

Heydər Əliyev siyasətinin davamı

Azərbaycanın Respublikası yenidən müstəqillik əldə etməsindən sonra ötən müddət ərzində respublikamız Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəliləyərək beynəlxalq aləmdə mövqelərini getdikcə möhkəmləndirmişdir. Hazırda müstəqil Azərbaycanımız beynəlxalq münasibətlər sisteminin əsas fəal üzvlərindən biridir. Qürurla söyləyə bilərik ki, Azərbaycan mülki cəmiyyət, hüquqi, demokratik və sivil dövlət prinsiplərini müvəffəqiyyətlə həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi tanınıb. Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla hərtərəfli əməkdaşlığına maraq artmış, iri infrastruktur layihələrin həyata keçirilməsində ölkəmizin zəngin təcrübəsi beynəlxalq aləmdə örnək olmuşdur.
Azərbaycanın Respublikasının xarici siyasət sahəsindəki yüksək uğurları da uzaqgörənliyin, mühüm əhəmiyyət kəsb edən böyük tədbirlərin reallaşdırılmasının nəticəsidir. Ölkəmiz müstəqil dövlət kimi mövcud olduğu müddət ərzində iqtisadi, siyasi və mədəni sahələrdə çox yüksək irəliləyişlərə nail olmuş, iqtisadiyyatdakı bir çox geriləmə və tənəzzülün qarşısı qətiyyətlə alınmış, insanların həyat tərzi getdikcə daha da yaxşılaşmış, xalqı narahat edən işsizlik problemləri tədricən aradan qaldırılmış, əhalinin sosial rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu gün qazandığımız bütün bu yüksək nailiyyətlərin, uğurların əsası ümummilli lider, dünya şöhrətli siyasi xadim ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi, dünya birliyində özünəməxsus yer tutması, sürətli iqtisadi inkişaf yolunda irəliləməsi məhz ulu öndərimiz Heydər Əliyevin uzaq görən fəaliyyətləri ilə bağlıdır.
Heydər Əliyev siyasi məktəbi çox zəngin bir xəzinədir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında tanınır, daim irəliləyir, xalqın həyat səviyyəsini getdikcə yüksəlir. Sevindirici haldır ki, bu gün müstəqil ölkəmizə rəhbərlik birbaşa bu siyasi məktəbin ən layiqli yetirməsi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə etibar edilib. Əlbəttə ki, bu, xalqın seçimi, etibarı və inamıdır. Ali Baş Komandan İlham Əliyev ümummilli liderin müəllifi olduğu neft strategiyasının dönməz və ardıcıl həyata keçirilməsində, Azərbaycanın Avropaya və dünya birliyinə uğurlu inteqrasiyasında, müstəqil dövlətimizin beynəlxalq aləmdə mövqelərinin daha da gücləndirilməsində bütün bilik və bacarığından istifadə edib.
Ulu öndərin siyasi məktəbinin ən layiqli yetirməsi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin adının daha yüksəkliklərə qaldırılması üçün bilik və bacarıqını heç bir zaman əsirgəmir. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan Respublikası dünyanın inkişaf etmiş ən qüdrətli dövlətləri ilə bir cərgədə olacaqdır.

Telman Ağayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki