image-qanunla-reklam
image-received_432528928771172

Hər anımız Vətən dedi…

image-lady-day-az

Hər anımız Vətən dedi…
Candı Şəhid,axan qandı Şəhid, Vətəndi şəhid, Azəribaycandı şəhid!
Hər zaman döyməyə borclu olduğumuz bir qapı var, Şəhid qapısı…
Ruhu o ocaqlarda dolaşan, yeri hər zaman yuxarı başda olan, valideyinlərinin fəxri olan Şəhidlərimiz..
Bu gün Birinci Qarabağ müharibəsinin şəhidlərindən biri, rayonumizun fəxri olan Rəhimov Vahid Rasim oğlunun ailəsini ziyarət etdik.
19 illik qısa ömürü ilə tarix yazan şəhidimizin döyüş yolu Ağdərədən başlayıb, Çıldıran uğrunda gedən döyüşlərdə bitib.
Çox qısa, yarım qalan bir tale…

Səliqəli, kiçik, sakit bir həyətə daxil olduq. Bizi qarşılayan boyunu bükük Ata, Ana….
Vahidin qısa, ancaq əbədi həyat yolundan danışdıqca gözümdən qaçmayan Rasim dayının dayanmadan sildiyi göz yaşları oldu..
Qarşımızda düz 30 il həsrət dolu illər yaşadığı açıq aşkar bilinən, gözlərini yerdən qaldırmayan, boynunu büküb oturmuş bir Ata vardı, Şəhid ATAsı…
Kədərli notlarla,səsi titrəyə- titrəyə danışan həssas qəlbli Gülüstan müəllimə söz demək haqqını zərif çiyinlərinə götürdü..
Kövrəltdi hamımızı…
Şəhidimizin xalaları Mehparə xanımla, Gülzar xanım Vahidli xatirələrini bölüşdülər bizimlə..
Mehparə xanım Vahidin zarafatcıl, səmimi, isgiqanlı bir övlad olduğunu vurğuladı.
Gülzar xanım bacısı oğlunun şəhadətə yüksəldiyi günü, 1992- ci il noyabrın 15- ni hər il arğrılı gün olaraq yaşadığını qeyd etdi..
Namiq müəllimin Vətənimizin keşiyində duran, hər zaman canını Vətən üçün fəda edən oğullarla bağlı çıxışı hər kəsi həm kədərləndirdi, həm qürurlandırdı..
Rəqibə müəllimənin iki kəlməyə sığan,titrək səsli sözləri ,Xanım müəllimənin qəhrəman oğullarla bağlı ipə düzüb danışdığı kəlmələr Vahidin hər zaman var olduunu bir daha sübut etdi…
Vətəndi Şəhid! Canını fəda edən İgiddi Vətən! Bir birini tamamlayan iki Söz!
Vahid ocağı yenə də birləşdirdi bizi…
30 il keçən bir zamanda Şəhidin adı gələndə əgər gözlər dolursa, səslər titrəyirsə, qəlblər yanırsa bu unudulmamaq,yaşamaq, yaşatmaq deməkdi!
Bir daha Şəhid olmasın! Analar, Atalar ağlamasın…
Ocaqlar sönməsin, sevgilər yarıda qalmasın, saçlar bir gecədə ağarmasın….
Şəhid Analarının ,Şəhid Atalarının adı olmazmış…
Bir ad varmış Şəhid Anası, Şəhid Atası…
Canını, qanını, gələcəyini, keçmişini, doğmalarını ,sevdiklərini yarıda buraxıb daha böyük sevgiyə sığınanlar Şəhid olarmış..
O sevgiyə ki, ondan pay olmaz! O sevgiyə ki, ondan qeyrət, namus yerləşir…
Ən uca zirvəni fəth edən Şəhidlərimiz, ən böyük dastanları da, əsərləri də, şerləri də sizlər yazdınız!
Sizlər həm tarixçi oldunuz,həm tarix yazdınız….
Ruhunuz şad, məkanınız cənnət olsun…

Haqqınızı halal edin…

Zərdab rayon Mərkəzi Kitabxananın Oxuculara Xidmət Şöbəsinin Oxu Zalının müdiri İsgəndərli Leyla

image-received_578581177290343 image-received_499573168651225 image-received_1930846933771641 image-received_824935341869105 image-received_432528928771172 image-received_808071643657994 image-received_805697944189297

image-img_20220927_000409


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki