image-qanunla-reklam
image-1698646284-aeroport_maxackala

Hava limanındakı iğtişaşlarda 60 nəfər saxlanılıb – Yaralılar var

image-lady-day-az

Oktyabrın 29-da Mahaçqala Amet-Xan Sultan Beynəlxalq Hava Limanının ərazisində törədilən iğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“İğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib, onlardan 60-ı saxlanılaraq əlavə araşdırma aparılması üçün ərazi polis şöbələrinə aparılıb”, – deyə məlumatda qeyd olnuub.

Hazırda iğtişaşların yatırıldığı bildirilir. Hava limanı tamamilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

Regional Səhiyyə Nazirliyi iğtişaşlar nəticəsində 20-yə yaxın insanın yaralandığını, ikisinin vəziyyətinin olduqca ağır olduğunu bildirib. Daxili İşlər Nazirliyi yaralılar arasında 9 polis əməkdaşının da olduğunu açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki