image-qanunla-reklam
image-1671174518_1598027883-siyavusnovruzov

“Hamımız bu aksiyanı dəstəkləyirik” – Siyavuş Novruzov

image-lady-day-az

“Bir neçə gündür ekoaktivistlər və QHT nümayəndələri Qarabağ bölgəsində etiraz aksiya keçirirlər. Biz onları dəstəkləyirik. Onlar haqlı bir iş görürlər”.

Qanunla.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, fərəhverici hal odur ki, digər təbəqələrlə yanaşı gənclərimiz də Şuşada keçirilən etiraz aksiyasında aktiv şəkildə iştirak edirlər:

“Orada iştirak edənlər əsasən gənclərdir. Bununla da onlar ermənilərin vaxtilə yaratdığı mifin əksini göstərərək nəinki tarixi unudur, eləcə də bu gün köhnə nəsildən daha fəal şəkildə xalqını, dövlətini sevir. Aksiya iştirakçıları Azərbaycan ərazilərində monitorinqlərin keçirilməsini haqlı olaraq tələb edir. Hamımız bunu dəstəkləyirik və sona qədər onların yanındayıq. Onlar Azərbaycan vətəndaşı kimi haqlı işin ucundan yapışıb gedirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki