HAMAS-ın təsisçilərindən biri həbs olunub.
“Qanunla.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şabak və ya Şin Bet) sözçüsü təsdiqləyib.
Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi gecə əməliyyatları zamanı İordan çayının qərb sahilində HAMAS-ın 60-dan çox üzvü saxlanılıb.
Həmçinin əlavə olunub ki, HAMAS-ın təsisçilərindən biri Həsən Yusif (Hassan Youssef) saxlanılan şəxslər arasındadır.