image-qanunla-reklam
image-received_1678420655891158

GÜVƏNC YERİMİZ – DÖVLƏTİMİZ, PREZİDENTİMİZ

image-lady-day-az

GÜVƏNC YERİMİZ – DÖVLƏTİMİZ, PREZİDENTİMİZ.
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında 09 avqust 2022-ci il tarixində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti tədbir keçirildi. Tədbirdə H.B.Zərdabi muzeyinin, MKS-nin kənd kitabxana filiallrının və Mərkəzi Kitabxananın əməkdaşları iştirak ediblər.
Tədbiri Azərbaycanın birliyi ,bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz ruhunun bir dəqiqəlik sükutla yad etilməklə açan, İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq aparılan maarifləndirmə işlərinə cəlb edilənlər qrupunun üzvü , Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva qeyd etdi ki, Heydər Əliyevin yaratdığı Azərbaycançılıq ideologiyasının konsepsiyasi çoxzəngin,optimal,qəbulediləndir.
Bu gün Ulu Öndər Heydər Əliyevin nurlu ideayaları yaşayır və bu siyasi kursun layiqli davamçısı ,qalib ölkənin qalib prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımızı daha parlaq gələcəyə aparır.
Tədbirdə çıxış edən H.Zərdabi muzeyinin əməkdaşı Tavat Məmmədova, Əlvənd kənd kitabxana filialının müdiri Rəşad Şərifov, Mərkəzi Kitabxananın əməkdaşı Namiq Səfərəliyev son illərdə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs etdilər. Bildirdilər ki,respublikamız özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.Son illərdə iqtisadi və mədəni sahələrdə böyük uğurlara imza atıb.
Tədbirdə bütün iştirakçıların ümumi bir fikri səsləndi. ”Azərbaycan dövləti, Azərbaycan Prezidenti xalqımızın güvənc yeridir . Azərbaycan xalqı öz Prezidentini çox sevir,həmişə dağ kimi onun arxasındandır ! ”.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

image-received_536866881571399 image-received_1678420655891158 image-received_1879563412384280image-img_20220809_200220


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki