image-qanunla-reklam
image-19505792

Günay Ağamalı: Cəmiyyətə vətənpərvər, dövlətsevər, xalqımıza və millətimizə dəyər verən fidanlar yetişdirmək bizim prioritet vəzifələrimizdəndir

image-lady-day-az

İllərdir sevərək çalışdığım BUTA körpələr evi – uşaq bağçasında nə qədər uşaqlar təlim – tərbiyə prosesində iştrak edib və etməkdədir. Yetişən Azərbaycan nəslinin formalaşmasında azacıq da olsa zəhmətimizin olması bizə qürur verir. Cəmiyyətə vətənpərvər, dövlətsevər, xalqımıza və millətimizə dəyər verən fidanlar yetişdirmək bizim prioritet vəzifələrimizdəndir. Bu gün məzunlarımızın müxtəlif məktəblərdə yüksək nəticələrlə təhsil alması bizi fərəhləndirir, işimizə olan sevgimizi daha da artırır. Bu illər ərzində fəaliyyətimizə dəyər verib, övladlarını bizə etibar edən valideynlərə isə xüsusi təşəkkürümüz var. Məhz onların sayəsində biz artıq 11 ildir ki, fəaliyyət göstəririk. İllərin dəyəri, sevgisi, sayqısı çox gözəl duyğudur. Zənnimcə bu münasibəti qoruyub, saxlamaq qədər böyük məsuliyyət var üzərimizdə. Artıq II, III, IV övladlarını hətda övladlarından sonra nəvələrini bizlərə etibar edən valideynlər var. Qoy  bu dəyərlər BUTA bağça yaşadıqca VAR OLSUN! AMİN!

Sayqı və sevgilərimlə,

Günay Ağamalı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki