image-qanunla-reklam
image-1610801837-piyada-qadin

Göyçayda avtomobil qadını vuraraq öldürdü

image-lady-day-az

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qanunla.az”ın məlumatına görə, sentyabrın 23-də saat 10:30 radələrində Göyçay şəhəri ərazisində  sürücü Dəyanət Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobil ilə yolu keçən piyada, 1948-ci il təvəllüdlü Qasımova Kifayət Kərim qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumatı saytımıza təsdiqləyiblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki