image-qanunla-reklam
image-dsc_0326

“Gəncliyə Dəstək” İctimai Birliyi “Region gənclərinin Karyera Qış Məktəbi” adlı layihənin təqdimatını həyata keçirib

image-lady-day-az

 “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin Karyera Qış Məktəbi” adlı layihənin təqdimatını Zərdab şəhər Heydər Əliyev Mərkəzində həyata keçirib. Təqdimatda 75 gənclər, Məktəbli və müəllimlər iştirak edib.

Qanunla.Az xəbər verir ki,təşkilatın sədri Vəfa Xəlilli AR Gənclər Fondu, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib.

Təqdimatda Zərdab RİH nümayəndəsi Tural Nağiyev, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Gənclər və İdman İdarəsinin əməkdaşı Məleykə Hümbətova, Zərdab GİKM-in direktoru Vüsal Yusifov qonaq qismində çıxış edərək layihənin önəmindən danışıblar.

Layihənin məqsədi region gənclərinin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.

Təqdimat iştirakçılarına materiallar (papka, dəftər, qələm) paylanılıb. İştirakçılar çay süfrəsində müzakirələrə davam ediblər.

Qeyd edək ki, Layihənin növbəti mərhələsində Göyçay şəhərində Zərdab və Ucar gənclərinin iştirakı ilə Karyera Qış Məktəbi təşkil olunacaq.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-dsc_0298 image-dsc_0306image-dsc_0310image-dsc_0323image-dsc_0326image-dsc_0338


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki